“Bakıda onunla tanış olduq, bu, əsl “sevgi” idi” - İTALİYALI QIZ

5 Noyabr 2020 18:00 Həndbol 1 177
“Bakıda onunla tanış olduq, bu, əsl “sevgi” idi” - İTALİYALI QIZ

“Mənim üçün vacib olan iki insan var. Biri İndre Sorokayte, digəri 38 yaşında dünyasını dəyişən Sara Anzanellodur“.

Sportinfo.az xəbər verir ki, bu etirafı “Azərreyl”in italiyalı sabiq legioneri Luna Karoççi edib.

Hazırda vətənində “Savino del Bene”də çıxış edən 32 yaşlı italiyalı libero Azərbaycanda keçirdiyi günləri yada salıb. O, bürünc medal qazandığı 2012/13 mövsümündə yaxın münasibət qurduğu komanda yoldaşı olduğu voleybolçular barədə xatirələrini də bölüşüb:

“Sara həmin vaxt xəstəlikdən əziyyət çəkirdi. O, mənim üçün nümunə, hər şey idi. Mən onun həyatındakı ən pis anları birlikdə yaşadım. Həmin bir ildə hər şey var idi.

Həmişə gülərüz olan Sara məni öz “qanadı altına” aldı. Onun durumu pisləşməzdən öncə Sorokayte də komandaya gəldi. Biz tanış olduq. Bu, əsl “sevgi” idi.

Birlikdə iki mövsümün yarısını keçirdik. Bu da sonradan ayrılmamaq üçün bizə bir-birimizi yaxşı tanımağa imkan verdi”.

Digər Xəbərlər
Xəbər Lenti