Azərbaycan çempionunun avrokubokda rəqibi kim oldu?

25 Oktyabr 2020 01:10 Həndbol 1 068
Azərbaycan çempionunun avrokubokda rəqibi kim oldu?

Qadın həndbolçular arasında Avropa kubokunun 3-cü raundunun püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanadakı tədbirdə Azərbaycan çempionu “Azəryol”un avrokuboklardakı ilk rəqibi bəlli olub.

Əvvəlki mərhələdən azad olan Bakı klubu 1/16 finaldan yarışa qatılacaq. Təmsilçimiz Serbiyadan “Niş” ilə üz-üzə gələcək.

Bu mərhələnin ilk görüşləri noyabrın 14-15-də, cavab matçları 21-22-də təşkil olunacaq. “Azəryol” ilk qarşılaşmanı səfərdə keçirməlidir. Lakin tərəflərin qarşılıqlı razılaşma ilə hər iki oyunu eyni şəhərdə keçirməsi də istisna deyil.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?