Azərbaycanda bütün klublar bir yerə yığışdı - FOTO

20 Oktyabr 2020 21:30 Həndbol 947
Azərbaycanda bütün klublar bir yerə yığışdı - FOTO

Azərbaycanın həndbol komandaları Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, sentyabrdan başlanan və açıq havada təşkil olunan məşqlərdə 8 komanda iştirak edir.

Qadınlardan ibarət “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət “Məhsul”, “Təhsil”, “Bakı” və U-18 komandaları həftədə bir neçə dəfə məşqə çıxırlar. Məqsəd ölkə çempionatının startınadək idmançıların fiziki bacarıqlarının lazımi səviyyəyə çatdırılmasıdır.

"İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində ordumuzun qazandığı qələbələr, bütün idman ictimaiyyəti kimi həndbolçularımızı da ruhlandırıb.

Onlar da, müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər - “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - məlumatda bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?