Avrokuboklarda Azərbaycana əlavə yer verildi

26 İyun 2020 23:40 Həndbol 1 066
Avrokuboklarda Azərbaycana əlavə yer verildi

Avropa Həndbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı vəziyyəti nəzərə alan qurum bir sıra vacib qərarlar verib.

Bu il iyul-avqust aylarında keçirilməli olan aşağı yaş qrupları üzrə Avropa çempionatları 2021-ci ildə baş tutacaq. 7 müxtəlif turnirin hamısı yanvara planlaşdırılıb.

Qadınlar arasında Çempionlar Liqasında mövsüm yarımçıq başa çatdırılıb. Sentyabra planlaşdırılan final mərhələsi keçirilməyəcək.

Avrokubokların reytinq cədvəlində 19-cu və daha aşağı pillələrdə olan ölkələrə əlavə yer verilib. 2020/21 mövsümündə bu ölkələr, o cümlədən Azərbaycan üç deyil, dörd komanda sifariş edə bilər.

Bu o deməkdir ki, kişi və qadınlar arasında yarışlara 8 təmsilçi ilə yollanmaq hüququna malik olacağıq. Lakin hazırkı durumun buna imkan verməyəcəyini əminliklə söykəmək mümkündür.

Avrokubokların reytinq cədvəlində yarımçıq qalan 2019/20 mövsümünün hesablanma sistemi təsdiqlənib. Bu, 2021/22 mövsümündəki komanda bölgüsündə nəzərə alınacaq.

Azərbaycan EHF reytinqində qadınların cədvəlində 24-cüdürsə, kişilərin siyahısında ancaq Çelenc kubokunda iştirak hüququna malikdir (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti