Baş katib açıqladı: Bu klubların avrokuboklarda iştirakı…

22 İyun 2020 21:20 Həndbol 665
Baş katib açıqladı: Bu klubların avrokuboklarda iştirakı…

Həndbol üzrə Azərbaycan çempionatları başa çatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı apasport.az-a Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev verib.

O bildirib ki, koronavirus pandemiyası üzündən martda dayandırılan kişilər və qadınlar arasında ölkə çempionatı davam etdirilməyəcək. Atakişiyevin sözlərinə görə, sərt karantin rejiminin uzanmasını nəzərə alan qurum 2019/20 mövsümünü başa çatdırmağa qərar verib.

Üç dövrəsi oynanılan çempionatın mövcud turnir cədvəlini yekun kimi tanıyan federasiya medalları arxada qalan oyunların nəticələrinə əsasən verməyi qərara alıb. Bununla da Azərbaycan çempionatlarının mükafatçıları, həmçinin avrokuboka gedəcək klubların adlarına aydınlıq gəlib.

Kişi həndbolçuların yarışında “Məhsul” çempion elan edilibsə, “Bakı” 2-ci, “Təhsil” 3-cü olub. Qadın komandaların mübarizəsində isə “Azəryol” qızıl medallara layiq görülüb. “Qarabağ” gümüş, “Azərsu” bürünc mükafatla kifayətlənib.

Baş katibin sözlərinə görə, çempion klubların avrokuboklarda iştirakı planlaşdırılır.

Kişilər

Sıra

Klub

O

Q

H

M

T-F

Xal

1

Məhsul

9

8

0

1

281-208

16

2

Bakı

9

7

0

2

287-201

14

3

Təhsil

9

2

1

6

222-275

5

4

U-18

9

1

1

8

204-310

1

Qadınlar

Sıra

Klub

O

Q

H

M

T-F

Xal

1

Azəryol

9

8

0

1

296-226

16

2

Qarabağ

9

7

0

2

291-254

14

3

Azərsu

9

3

0

6

277-278

6

4

İdman Akademiyası

9

0

0

9

256-368

0

Digər komanda idman növləri üzrə yarışlar da vaxtından əvvəl başa çatıb. Futbol, basketbol, voleybol üzrə Azərbaycan çempionatlarının mükafatçıları yarımçıq mövsümə əsasən müəyyənləşib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!