Çoxlu pul və… ”Onlar asanlıqla Bakıya köçdü”

22 İyun 2020 16:14 Həndbol 724
Çoxlu pul və… ”Onlar asanlıqla Bakıya köçdü”

Rusiya mətbuatı ötən əsrin 80-ci illərində SSRİ idmanında baş verən dəyişikliklərə həsr olunan yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan idmanı da diqqətdən kənar qalmayıb.

İttifaqın son onilliyində yaranan və parlayan qadın voleybolçulardan ibarət BMKZ komandası da yazıda yer alıb: “80-ci illərdə komandaları “qırmızı direktorlar” sırasından çıxan mesenatlar qururdu.

Sovet idmanının ən böyük üstünlüyü subyektivliyi idi. Komandalar heç nədən təşkil olunur, dərhal öz məktəblərini yaradır və böyüyən yeni nəsli yetişdirməyə başlayırdı.

80-ci illərin sonunda bir-birinə qarşı olan Azərbaycan və Ermənistanı təmsil edən iki belə komanda təxminən eyni vaxtda səhnəyə çıxdı. Buna baxmayaraq, Azərbaycan nə vaxt isə respublikada güclü olan qadın voleybolunu bərpa edə bildi.

Əvvəllər orada İnna Rıskal kimi superulduzu yetişdirən Bakının “Neftçi” komandası parlayıb. 80-lərin sonlarında isə yerli məşqçi Faiq Qarayev güclü komanda yaradıb. Bu komandanın gücü 4 hərflə ifadə olunurdu: BMKZ.

Bu, həmin sahədə Sovet monopolisti olan Bakı Məişət Kondisionerləri Zavodu idi. Onun smetadan kənar maliyyələri sayəsində Yelena Duminova Sverdlovskdan (indiki Yekaterinburq), Alla Teterina Minskdən, Yelena Şabovta Zaporojyedən və başqaları asanlıqla Azərbaycan paytaxtına köçdülər”.

BMKZ 1991-ci ildə final mərhələsi Bakıda keçirilən son SSRİ kubokunun qalibi kimi tarixə düşüb. Bir il əvvəl isə komandamız çempionatın bürünc, kubokun gümüş mükafatçısı adına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı