"Bu, bizə mane olmadı, addım-addım irəliləyəcəyik"

18 Avqust 2023 08:40 Həndbol 876
"Bu, bizə mane olmadı, addım-addım irəliləyəcəyik"

"Avropa çempionatına hazırlaşmağa kifayət qədər vaxtımız oldu.

Bəzi oyunçularımızda zədələr vardı, bəzilərimiz bütün yoxlama matçlarında oynaya bilməsək də, bu, hazırlığa mane olmadı.

Çünki biz ilk il deyil ki, bir yerdə oynayırıq, hamımız bir-birimizi yaxşı tanıyırıq".

Sportinfo.az xəbə verir ki ,bu sözləri Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Olena Xarçenko Azərbaycan VoleybolFederasiyasını saytına açıqlamasında deyib. Yığmamızın blokçusu Avropa çempionatında keçirəcəkləri matçlar, komandanı hazırlıq prosesi haqda danışıb:

"Düşünürəm ki, hər kəs formadadır. Oynaya bilmədiyimiz müddətdə məşqçilərin xüsusi proqramı ilə hazırlığı davam etdirirdik ki, formada qalaq.

Bu gün Düsseldorfda ilk məşqimiz baş tutdu. Hər şey normal keçdi, əhvalımız yaxşıdır. Hər kəs öz tapşırığını bilir və onu yerinə yetirmək üçün çalışır.

Yarışda addım-addım irəliləyəcəyik. Hər oyunda qələbə qazanıb mümkün qədər irəli getmək istəyirik. Daha yaxşı çıxış edib məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Yığma ilk görüşünü avqustun 18-də Çexiyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti