Azərbaycan çempionatında bu komandalar iştirak edəcək

12 Sentyabr 2024 04:50 Həndbol 1 431
Azərbaycan çempionatında bu komandalar iştirak edəcək

Sentyabrın 12-də həndbol üzrə XXXI Azərbaycan çempionatına start veriləcək.

Sportinfo.az xəbər verir ki, yeni mövsümdə 16 komanda mübarizə aparacaq.

Kişilərin yarışında “Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil” və U-17 Buta, qadınların turnirində isə “Azəryol”, “Bakı”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ” və “Təhsil” komandaları qalib adı uğrunda yarışacaqlar.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?