Ukraynanın Zaporojye şəhərində keçirilən beynəlxalq turnirdə kişi həndbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Sportinfo.az xəbər verir ki, komandamız yerli “Energetik”i 30:24 hesabı ilə məğlub edib. Bu, həndbolçularımızın turnirdə üçüncü qələbəsidi. Komandamız əvvəlcə "Şaxtyor"u 35-31, ikinci görüşdə isə daha bir Ukrayna komanası "Xorta"nı 29-26 hesabı ilə məğlub edib.

