Azərbaycan yığması 16 ildən sonra yenidən yaradıldı

9 Noyabr 2019 09:28 Həndbol 1 175
Azərbaycan yığması 16 ildən sonra yenidən yaradıldı

Həndbol üzrə 18 yaşadək oğlanlar arasında keçiriləcək EHF çempionatının püşkü atılıb. Sportinfo.az xəbər verir ki,16 illik fasilədən sonra Azərbaycan yığması da qitəmiqyaslı yarışda iştirak edəcək.

Vyanada baş tutan püşkün nəticəsinə əsasən, milli Monteneqroda keçiriləcək çempionatda qüvvəsini sınayacaq. Yığma 8 komandanın mübarizə aparacağı turnirdə Latviya, Lüksemburq və Rumıniya ilə birgə B qrupunda yer alıb.

A qrupunda isə ev sahibləri ilə yanaşı, Niderland, Türkiyə və Kosova qüvvəsini sınayacaq. Matçlar 2020-ci il avqustun 17-23-də olacaq. Bu yaş qrupunda Azərbaycan yalnız AVRO-2004-in seçmə oyunlarında qüvvəsini sınayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı