“Klubumuz fəaliyyətini bir qədər tez bərpa etsəydi...”

1 Sentyabr 2023 09:40 Həndbol 1 184
“Klubumuz fəaliyyətini bir qədər tez bərpa etsəydi...”

AFFA İcraiyyə Komitəsinin qərarıyla II Liqaya buraxılan «Dinamo» hələ tam komplektləşməyib.

Bu barədə Sportinfo.az-a klubun İdarə Heyətinin sədri Yaşar Seyidov məlumat verib.

Onun bildirdiyinə görə, komandanın çempionatda iştirakı son anda dəqiqləşdiyindən, seleksiya prosesinə gec başlamalı olublar:

«Demək olar ki, boşda qalan futbolçu yoxdur. Kimlər varıydısa, birinci və ikinci liqa klublarıyla müqavilə bağlayıb.

Biz isə qısa hazırlıq dönəminin əsas hissəsini yoxlanışa həsr etdik. «Bakı»nın akademiyasında yetişmiş 6 nəfəri geri qaytardıq.

Həmçinin İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının U-19 komandasından 10-12 nəfəri «Dinamo»ya cəlb elədik.

Klubumuz fəaliyyətini bir qədər tez bərpa etsəydi, məncə, daha güclü heyət yığardıq. Ancaq bu futbolçularla da yaxşı nəticələr qazanacağımıza ümidliyik.

Hər halda qışadək vəziyyəti sabit saxlamağı, ondan sonra komandanı bir qədər də gücləndirməyə çalışacağıq».

Digər Xəbərlər
Xəbər Lenti