EYOF: Azərbaycan yığması yarımfinala çıxa bilmədi

23 İyul 2019 19:12 Həndbol 1 108
EYOF: Azərbaycan yığması yarımfinala çıxa bilmədi

Azərbaycanın qızlardan ibarət həndbol yığması Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında yarımfinala vəsiqə qazanmaq şansını itirib.

Sportinfo.az xəbər verir ki, buna səbəb komandanın II turda Macarıstan kollektivinə 23:47 hesabı ilə uduzmasıdı.

İlk turda İsveçrəyə 16:34 hesabı ilə yenilən millinin Çexiya ilə oyunu formal xarakter daşıyacaq.

İkinci turdan sonra İsveçrə və Macarıstan hərəyə 4 xalla yarımfinala vəsiqə qazanıb. Xal qazana bilməyən Çexiya və Azərbaycan milliləri son sıraları bölüşürlər.

Qrup mərhələsində Çexiya ilə millimizin oyunu sabah 14:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?