Azərbaycan Avropa çempionatına qatılmaqdan imtina etdi

22 Mart 2019 18:00 Həndbol 897
Azərbaycan Avropa çempionatına qatılmaqdan imtina etdi

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində oynamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, yığmamız AVRO-2020-yə vəsiqələr uğrunda mübarizə aparmayacaq.

Belə ki, aprelin 4-də baş tutacaq püşkatma öncəsi yarış iştirakçılarının tam siyahısı açıqlanıb.

Norveç və Danimarkanın ev sahibliyi edəcəyi final mərhələsinə vəsiqələr uğrunda ümumilikdə 31 komanda mübarizə aparacaq.

Bu yığmalardan 4-ü təsnifat mərhələsində qüvvələrini sınayacaqlar. Bu raundun qalibi yarışa seçmə mərhələdən başlayacaq 27 komandaya qoşulacaq.

Sonuncu dəfə AVRO-2016-nın seçmə tsiklinə qatılan millimiz ardıcıl ikinci dəfə yarışdan kənarda qalacaq.

Ümumilikdə, AVRO-1996-da debüt etdiyi qitə çempionatına vəsiqələr uğrunda 10 dəfə mübarizə aparmış komandamız yalnız üç dəfə (AVRO-2000, AVRO-2014, AVRO-2018) turnirə qatılmayıb.

Millimizin sonuncu rəsmi sınağı DÇ-2019-un seçmə mərhələsi olub. Komandamız Makedoniya, Türkiyə və İslandiya ilə eyni qrupda sonuncu yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti