“Qarabağ”ın oyunu dramatik bitdi: “Azərsu” son 10 saniyədə...

18 Fevral 2019 09:00 Həndbol 824
“Qarabağ”ın oyunu dramatik bitdi: “Azərsu” son 10 saniyədə...

Qadın həndbolçuların ölkə çempionatında 14-cü görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, “ABU-arena”da ilk öncə “Azəryol” və “İdman akademiyası” üz-üzə gəliblər.

Gözlənildiyi kimi, bu matçda Georgi Voronovun komandası qalib gəlib (38:23). Turun mərkəzi oyunu “Qarabağ” və “Azərsu” arasında olub.

İlk hissədə tərəflər hərəyə 10 dəfə fərqləndilər. Növbəti yarıda daha fəallaşan ölkə çempionu mübarizənin gedişində 3 top fərqi ilə üstünlük qazandı.

Son dəqiqələrdə təzyiqi artıran “Qarabağ” görüşün bitməsinə 37 saniyə qalmış hesabı bərabərləşdirdi (24:24).

Bir nəfər azlıaqda olmasına rəğmən, hücum imkanına yiyələnən “Azərsu” sona 10 saniyə qalmış qələbə qolunu vura bildi.

Digər Xəbərlər
Xəbər Lenti