Azərbaycan çenpionatında liderlərin rəqabətində “Məhsul” qalib gəldi

12 Fevral 2019 08:12 Həndbol 1 224
Azərbaycan çenpionatında liderlərin rəqabətində “Məhsul” qalib gəldi

Kişi həndbolçuların ölkə çempionatının 9-cu turunun mərkəzi görüşü “Məhsul” və “Bakı” arasında olub.

Sportinfo.az xəbər verir ki, bunadək hərəyə 14 xalla yarış cədvəlinə şərikli liderlik edən komandaların bu qarşılaşması da gərgin və maraqlı keçib.

Qapılara ümumilikdə 51 qolun vurulduğu oyunda fürsətlərdən daha faydalanan “kəndlilər” azarkeşlərinin ümidlərini doğruldub (28:23). Digər görüşdə “Təhsil” U-16-nı 35:19 üstələyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...