Azərbaycanlı hakimin ölüm işində - BACISININ ÜSTÜNDƏ

7 Fevral 2019 12:24 Həndbol 1 083
Azərbaycanlı hakimin ölüm işində - BACISININ ÜSTÜNDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi döyə-döyə öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 14-nə təyin edilib. Hadisə ötən il iyunun 28-də Xırdalan şəhərində baş verib. Belə ki, şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat yayılıb.

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti