“Azəryol” və “Azərsu” çempionatın şərikli liderləridi

16 Yanvar 2019 00:50 Həndbol 875
“Azəryol” və “Azərsu” çempionatın şərikli liderləridi

Qadın həndbolçuların ölkə çempionatının 10-cu turu arxada qalıb.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma olub.

“Qarabağ” – “Gənclərbirliyi” matçında şətri meydança sahibi autsayderi 37:19 məyus edib. Baş mükafata əsas namizədlərdən sayılan “Azərsu” isə “İdman akademiyası”nı üstələyib – 37:15.

On oyundan hərəyə 18 xal toplayan “Azəryol” və “Azərsu” komandaları çempionatın şərikli liderləridir. “Qarabağ” 12 xalla 3-cü pillədə qərarlaşıb.

4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının hesabında 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-cidir. Autsayder “Gənclərbirliyi”nin hələ də xalı yoxdu.

Bu turdan sonra Azərbaycan çempionatında qısa fasilə yaranacaq. Yarışın üçüncü dövrəsinə yanvarın 24-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı