Qadın həndbolçuların superliqasında 9-cu turun görüşləri keçirilib.
Sportinfo.az xəbər verir ki, 2 oyun Gürcüstanda olub.
Tiflisin “Olimpiya” klubu hər 2 matçda “Gənclərbirliyi”nə qalib gəlib (37:28; 30:27). Digər 2 qarşılaşma paytaxtda baş tutub.
Ölka çempionu “Azərsu” qızıl medala iddialı “Qarabağ”ı 3 top fərqi ilə məyus edib – 28:25. “Azəryol” isə “İdman akadamiyası”dan güclü olub (39:27).

