AMADA-dan həndbolçulara təlim

10 Dekabr 2018 08:48 Həndbol 887
AMADA-dan həndbolçulara təlim

Milli antidopinq agentliyi ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları ilə əməkdaşlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, belə tədbirlərdən biri “ABU arena”da təşkil olunub.

Federasiyanın rəsmiləri, həkimləri və idmançılarının qatıldığı görüş maarifləndirici xarakter daşıyıb. AMADA təmsilçiləri tərəfindən dopinqlə mübarizə yolları haqqında ətraflı məlumat verilib, həkimlər və həndbolçular qadağan olunmuş preparatlar barədə məlumatlandırılıblar.

Son zamanlar idmançılarımızın dopinq qalmaqallarında adlarının hallanmaması bunu təsdiqləyir. Bu cür tədbirlərin əsas məqsədi ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılmasıdı.

Yerli idman federasiyaları ilə imzalanan memoranduma əsasən təşkil olunan maarifləndirici görüşlər artıq öz bəhrəsini verməkdədi.

Digər Xəbərlər
Xəbər Lenti