Bu da “Məhsul”dar qələbə!

3 Dekabr 2018 16:12 Həndbol 864
Bu da “Məhsul”dar qələbə!

Həndbol üzrə Azərbaycan çempionatında 4-cü turun oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, çempionatın şəriksiz lideri olan "Məhsul" 16 yaşadək həndbolçulardan ibarət yığma komanda ilə qarşılaşıb.

Oyun gözlənildiyi kimi "Məhsul"un asan qələbəsi ilə başa çatıb. 39-15. Son ölkə çempionu "Bakı" da "Təhsil"lə görüşdə rahat qələbə qazanıb. Bakı həndbolçularının 37 xalına rəqib cəmi 20 dəfə cavab verə bilib.

Bu nəticələrdən sonra 4 oyundan 8 xal toplamış “Məhsul” turnir cədvəlinə başçılıq edir. Aktivində 6 xalı olan "Bakı" ikincidi. 3-cü pillədə dayanan “Təhsil”in 2 xalı var. 16 yaşadək yığma isə bütün görüşlərdə məğlub olduğu üçün sonuncudu.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"