Azərbaycan millisi Rusiya klubuna iki dəfə məğlub oldu

2 Mart 2017 13:36 Həndbol 1 024
Azərbaycan millisi Rusiya klubuna iki dəfə məğlub oldu

Rusiyanın Stavropol şəhərində təlim-məşq toplanışında olan həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yoxlama matçlarında qüvvəsini sınayıb. Sportinfo.az xəbər verir ki, Georgi Voronovun baş məşqçi olduğu kollektiv yerli "Stavropolye-SKFU" klubu ilə 2 görüş keçirib.

Hər iki oyun Azərbaycan millisinin məğlubiyyəti ilə nəticələnib. İlk matçda rəqibinə 26:28 hesabı ilə uduzan yığma ikinci qarşılaşmada 6 top fərqi ilə məyus olub - 23:29. Bu, Azərbaycan millisinin Stavropolda ardıcıl dördüncü il keçirdiyi toplanış olub. Stavropol komandası ilə bütün görüşlər meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...