“Azəryol” Çağırış kubokuna “Ankara Yeniməhəllə” qələbəsi ilə başladı

18 Noyabr 2018 00:50 Həndbol 1 289
“Azəryol” Çağırış kubokuna “Ankara Yeniməhəllə” qələbəsi ilə başladı

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Çağırış kubokunun 3-cü mərhələsində Türkiyə paytaxtında “Ankara Yeniməhəllə” ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, gərgin keçən oyunun ilk hissəsi heç-heçə bitib.

Fasilədən sonra təşəbbüsü rəqibə verməyən “yolçəkənlər” daha fəallıq göstərərək sonu xeyrinə bitirib (30:29). Bizdən ən çox fərqlənən Konovalova olub – 8 top. Cavab matçı sabah keçiriləcək.

Görüşlərin hakimləri kosovolu Şerif Xema və Jahya Besfortdur. EHF nümayəndəsi gürcüstanlı Levan Gelaşvilidir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?