“Olimpiya”nın Azərbaycan çempionatında ilk qələbəsi

29 Oktyabr 2018 00:40 Həndbol 1 088
“Olimpiya”nın Azərbaycan çempionatında ilk qələbəsi

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Tiflisdə oynanılan görüşdə “Olimpiya” Bakının “İdman Akademiyası”nı 31:26 üstələyib.

Bu, Gürcüstan təmsilçisinin çempionatda ilk qələbəsidi. Komandalar arasında qonşu paytaxtda təşkil olunan ilk qarşılaşmada 24:24 hesablı nəticə qeydə alınıb.

Azərbaycan çempionatında mübarizə aparan “Olimpiya” razılaşmaya əsasən, 20 oyundan 10-nu Bakıda, qalanlarını öz yerində keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...