Kişi həndbolçuların 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, sentyabrın 28-də Vyanada keçirilən mərasimin nəticəsinə əsasən, “B” qrupunda Azərbaycan seçməsi Kipr, Gürcüstan və Malta kollektivləri ilə qarşılaşacaq.
“A”-da isə Lüksemburq, Böyük Britaniya, İrlandiya və Bolqarıstan komandaları mübarizə aparacaqlar. Millinin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq.
2019-cu il yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız yanvarın 12-də Gürcüstanla, 13-də isə Malta ilə üz-üzə gələcəklər.
Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək. 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

