1 klubunuz gələn il Çempionlar Liqasında çıxış edəcək

8 Oktyabr 2018 08:24 Həndbol 886
1 klubunuz gələn il Çempionlar Liqasında çıxış edəcək

“ABU Arena”da həndbol üzrə 26-cı ölkə çempionatının açılışı olub.

Sportinfo.az xəbər verir ki, tədbirdə çıxış edən AHF-nin vitse-prezidenti Orxan Abbasov, federasiya rəhbəri Saleh Məmmədovun salamlarını yarış iştirakçılarına çatdırıb.

Azərbaycanda idmana göstərilən yüksək diqqət və qayğıya görə respublika prezidenti İlham Əliyevə təşəkkürünü bildirən natiq, qazanılan uğurları bu dəstəyin nəticəsi olduğunu deyib.

Orxan Abbasov qadınlardan ibarət 1 klubunuzun gələn il Çempionlar Liqasında çıxış edəcəyini, kişilərdən ibarət “Bakı”nın oktyabrın 13-də Bosniyada Çağırış kubokuna mübarizə aparacağını diqqətə çatdırıb.

Bunu son vaxtlar həndbolun inkişafı istiqamətində aparılan səmərəli fəaliyyət kimi qiymətləndirən federasiya rəsmisi yaxın gələcəkdə daha yüksək nailiyyətlərə yetişəcəklərinə inandığını söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı