“Qarabağ” rəhbərliyini həndbola apardılar - Portuqaliyada

21 Sentyabr 2018 18:00 Həndbol 1 091
“Qarabağ” rəhbərliyini həndbola apardılar - Portuqaliyada

“Sportinq”in yeni prezidenti Frederiko Varandaş Avropa Liqasının qrup mərhələsinin 1-ci tur matçından öncə “Qarabağ” rəsmilərini həndbol matçına dəvət edib.

Sportinfo.az xəbər verir ki, bu, iki komanda arasındakı futbol oyunu günü baş verib.

"Qarabağ" rəsmiləri "Sportinq"in həndbol komandasının "Fafe" ilə ölkə çempionatındakı oyununu izləyiblər. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 35:20.

Oyunu "Qarabağ" rəsmilərindən klubun İdarə Heyətinin üzvü Fevzihan Araz və menecer Asif Əsgərov izləyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...