Federasiya prezidenti “Azərsu” və “Azəryol” arasında oyununu izlədi

20 Sentyabr 2018 00:40 Həndbol 668
Federasiya prezidenti “Azərsu” və “Azəryol” arasında oyununu izlədi

Beynəlxalq Həndbol Federasiyasının prezidenti Həsən Mustafa ölkəmizə səfər edib.

Sportinfo.az xəbər verir ki, qonaq milli komandanın bazası “ABU-arena”da olub.

Misirli mütəxəssisi Həndbol federasiyasının vitse-prezidenti Orxan Abbasov, baş katib Yusif Atakişiyev, olimpiya çempionu Rəfiqə Şabanova və şöbə müdiri İsgəndər Əsgərov qarşıladılar.

Görüş zamanı Həsən Mustafa ölkənin 2 güclü qadın klubu “Azərsu” və “Azəryol” arasında yoldaşlıq oyununu izlədi. Matç dostluq şəraitinə uyğun sülhlə bitdi. Qonaq qarşılaşmadan razı qaldı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı