Azərbaycan çempionatının iştirakçı komandaları müəyyənləşdi

13 Sentyabr 2018 09:12 Həndbol 733
Azərbaycan çempionatının iştirakçı komandaları müəyyənləşdi

Həndbol üzrə 26-cı Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, oktyabrın 6-da start götürəcək yarışda 6-sı qadınlardan, 4-ü isə kişilərdən ibarət olmaqla 10 komanda iştirak edəcək.

Kişilərin mübarizəsinə "Bakı", "Təhsil", "U-16" və "Məhsul", qadınların mübarizəsinə isə "Azərsu", "Azəryol", "Gənclər Birliyi", "İdman Akademiyası","Olimpiya", "Qarabağ" komandaları qatılacaq.

İlk yarış günündə "Gənclər Birliyi" "Azəryol"la, "İdman Akademiyası "Qarabağ"la, "Azərsu" isə "Olimpiya" kollektivi ilə üz-üzə gələcək. Oyunlar "ABU Arena"da təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı