“Gənclərbirliyi”,də olacaq!

9 Sentyabr 2018 12:54 Həndbol 1 000
“Gənclərbirliyi”,də olacaq!

“ABU-Arena”da ölkənin həndbol camiəsi bir araya gəlib.

Sportinfo.az xəbər verir ki, AHF-nin vitse-prezidenti Orxan Abbasov iştirakçılara federasiyanın prezidenti Saleh Məmmədovun salamını çatdırıb.

O, ölkədə idmana göstərilən yüksək dövlət qayğısından söz açaraq, beynəlxalq arenalarda qazanılan uğurların, məhs bunun məntiqi nəticəsi olaraq qiymətləndirib.

Azərbaycan çempionatının ötən il olduğu kimi, bu mövsüm də gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə inandığını deyib, avrokuboklarda çıxış edən klublarımıza uğurlar arzulayıb.

Toplantıda iştirak edən AHF-in baş katibi Yusif Atakişiyev və olimpiya çempionu Rəfiqə Şabanova öz növbələrində, həndbolumuzun inkişafından danışçıblar.

Oktyabrın 6-da başlayacaq qadınların superliqasında “Azərsu”, “Azəryol”, “Qarabağ”, “Gənclərbirliyi”, “İdman Akademiyası” və “Olimpiya” (Tiflis, Gürcüstan), ayın 21-də start götürəcək kişilərdə “Bakı”, “Məhsul”, “Təhsil” və U-16 klubları mübarizə aparacaqlar. Yarışın təntənəli açılış mərasimi okytabrın 6-da saat 17:00-da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı