Ölkə çempionu komandanı 3 oyunçu ilə gücləndirdi

8 Avqust 2018 08:24 Həndbol 857
Ölkə çempionu komandanı 3 oyunçu ilə gücləndirdi

Qadın həndbolçulardan ibarət “Azərsu” Mingəçevirin “Kür” olimpiya idman mərkəzində hazırlıq keçir.

Sportinfo.az xəbər verir ki, təlim-məşq əsasən fiziki işləmənin üzərində qurulub.

Ölkə çempionu yayda komandanı 3 oyunçu ilə gücləndirib. “Nur”dan Dərya Çapligina və “Gənclərbirliyi"ndən” Diana Rəsulova ilə Nəzrin Quliyeva bundan sonra “Azərsu”nun uğuru üçün çalışacaq. Hazırlıq ayın 12-ə qədər çəkəcək.

Sonrakı mərhələ yenidən paytaxtda davam etdiriləcək. Komandamız yeni mövsümdə avrokubokda debüt edəcək.

EHF kubokunun ilkin ələməsində rəqib Polşanın Lüblin şəhərini təmsil edən “Metrako Zaqlebie” klubudur. İlk oyun 8-9 sentyabrda səfərdə, cavab görüşü 1 həftə sonra Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı