Həndbol üzrə Azərbaycan millisinin qapıçısı Səbinə Nuriyeva ailə həyatı qurub.
Sportinfo.az xəbər verir ki, o, Hamit Ağrı adlı bir türk bəylə evlənib.
Bu ilin fevralında qanında Boldenon və Boldenon metaboliti tapıldığı üçün IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Səbinə Nuriyeva Milli Antidopinq Agentliyi tərəfindən dörd il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəzası 2021-ci ilin 23 oktyabrında başa çatacaq.






