Millimiz üçün rəqiblər: Türkiyə, Makedoniya, İslandiya

20 İyun 2018 14:36 Həndbol 1 104
Millimiz üçün rəqiblər: Türkiyə, Makedoniya, İslandiya

Qadın həndbolçular arasında dünya çempionatının 1-ci seçmə mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması dörd illik fasilədən sonra yenidən bu yarışa qatılıb.

Şotlandiyanın Qlazqo şəhərində baş tutan püşkatmada komandamız 4-cü qrupda yer alıb. Rəqiblərimiz isə Türkiyə, Makedoniya və İslandiya həndbolçuları olacaq.

Reqlamentə əsasən, qrup qalibi pley-offda iştirak hüququ qazanacaq. 1-ci seçmə mərhələdən yüksələcək dörd yığmaya növbəti mərhələdə Xorvatiya, Çexiya, Danimarka, İspaniya, Almaniya, Macarıstan, Monteneqro, Hollandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveç və Avstriya milliləri qoşulacaq.

Ümumilikdə, DÇ-də Avropa qitəsinə 13 yer verilib. Fransa qitə çempionu (2017) kimi artıq final mərhələsindədi.

DÇ-2019-un final mərhələsi gələn il Yaponiyanın Kumamoto şəhərində keçiriləcək. 24 ölkənin iştirakı ilə baş tutacaq həlledici mərhələ noyabrın 29-da start götürəcək, dekabrın 15-də başa çatacaq.

1-ci seçmə mərhələnin qrupları

1-ci qrup: Slovakiya, Kosovo, Ukrayna, İsrail
2-ci qrup: İsveçrə, Farer adaları, Litva, Finlandiya
3-cü qrup: Belarus, İtaliya, Portuqaliya, Yunanıstan
4-cü qrup: Türkiyə, Makedoniya, İslandiya, Azərbaycan

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı