Federasiya qərarını dəyişdi

13 Fevral 2017 16:00 Həndbol 1 092
Federasiya qərarını dəyişdi

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarının başlama tarixində dəyişiklik edilib. Sportinfo.az xəbər verir ki, bu barədə Həndbol Federasiyasından məlumat verilib. Yarış fevralın 16-da start götürəcək.

Qurum öncə çempionatın fevralın 17-də keçirilməsini açıqlasa da, qeyri-müəyyən səbəbə görə tarixi dəyişib. Qərara alınıb ki, fevralın 16-da start götürəcək yarış ayın 22-də başa çatdırılsın. Çempionatın açılış mərasimi isə ilk turun oynanılacağı gün saat 13:30-da olacaq.

Birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...