Daha bir federasiyamız loqosunu dəyişib "alov"a keçdi

8 Fevral 2017 15:12 Həndbol 952
Daha bir federasiyamız loqosunu dəyişib "alov"a keçdi

Azərbaycan Həndbol Federasiyasının (AHF) loqosu yenilənib. Sportinfo.az xəbər verir ki, AHF-in emblemi bundan sonra ay və ulduz əks olunan formada deyil, alov şəklində olacaq.

Üzərində həndbolçu silueti olan top federasiyanın bu idman növünə aid olduğunu vurğulayır. Topu bürüyən alov loqotipi daha əzəmətli göstərir. Yeni emblemdə Azərbaycanın dövlət bayrağının rənglərinin əks olunması milli dəyərlərə bağlılığın simvoludu.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?