Qadın həndbolçuların ölkə çempionatında 18-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son 2 görüşü paytaxtda baş tutub.
“Azərsu” autsayder “Gənclərbirliyi”ni 41:16, “Azəryol” komandası “İdman Akademiyası”nı 36:18 hesabları ilə çətinlik çəkmədən məğlub ediblər.
Turun ilk oyununda “Nur” Mingəçevirdə “Qarabağ”ı 1 top fərqi ilə üstələmişdi (31:30).

