Ölkə çempionu “Qarabağ” üzərində qələbəni son saniyələrdə qazandı

13 Aprel 2018 00:40 Həndbol 1 027
Ölkə çempionu “Qarabağ” üzərində qələbəni son saniyələrdə qazandı

Qadın həndbolçuların ölkə çempionatında 18-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, “Nur” Mingəçevirin “Kür” Olimpiya İdman Mərkəzində “Qarabağ”ı qəbul edib.

Gərgin mübarizədə qonaqlar ilk yarıda hesabda irəlidə olsa da, fasilədən sonra tədricən təşəbbüsü rəqibə verib.

Görüşün son saniyələrində hesab bərabər olarkən, “Qarabağ” hücum edib. Amma dirəyə dəyən topu ələ keçirən ölkə çempionunu həndbolçuları əks-həmlədə dəqiq olublar – 31:30.

Turun digər görüşləri aprelin 14-də sonuna təyin edilib. “Azərsu” “Gənclərbirliyi”ni, “Azəryol” “İdman Akademiyası”nı sınağa çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?