Azərbaycanda 3 yeni klub yarandı - “Nur”, “Gənclərbirliyi” və “Qarabağ”

6 Fevral 2017 08:36 Həndbol 1 133
Azərbaycanda 3 yeni klub yarandı - “Nur”, “Gənclərbirliyi” və “Qarabağ”

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatının başlama tarixi açıqlanıb. Sportinfo.az xəbər verir ki, yarış fevralın 17-də start götürəcək. Bu barədə qərar qurumun bu gün keçirilən iclasında verilib. Bildirilib ki, çempionatda 4 klub kişilərin, eyni sayda da komanda qadınların mübarizəsində qüvvəsini sınayacaq.

“ABU-Arena”da baş tutacaq birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı