Bakı klubu Cağırış kubokunun 1/16 finalına hazırlığını davam etdirir

2 Fevral 2017 09:48 Həndbol 872
Bakı klubu Cağırış kubokunun 1/16 finalına hazırlığını davam etdirir

Xəbər verdiyimiz kimi, Bakının qadın həndbolçulardan ibarət ABU Cağırış kubokunun 1/16 finalında Polşanın “Kram Start Elblaq” ilə görüşəcək. Sportinfo.az xəbər verir ki, razılığa əsasən, hər 2 qarşılaşma 10-11 fevralda rəqib meydanında baş tutacaq. Ölkə çempionu “ABU-arena”da bu görüşə hazırlığını davam etdirir.

Matçı serbiyalı hakimlər Marko Sekuliç və Vladimiq Yovandiç idarə edəcəklər. EHF nümayəndəsi rüsiyalı Lüdmila Bodniyeva olacaq. İlk mərhələdə qızlarımız paytaxtda hər 2 oyunda Belçikanın “Femina Vise” komandasını üstələmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı