Baş katib vəzifəsini Yusif Atakişiyev yerinə yetirəcək

29 Yanvar 2017 13:57 Həndbol 1 609
Baş katib vəzifəsini Yusif Atakişiyev yerinə yetirəcək

Azərbaycan Həndbol Federasiyasının (AHF) yeni rəhbərliyi müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, dekabrda qurumun prezidenti seçilən “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun kimlərlə işləyəcəyi bilinib.

Belə ki, Olimpiya çempionu Rəfiqə Şabanova AHF-dakı işini vitse-prezident kimi davam etdirəcək. Orxan Abbasov da onunla eyni vəzifəni daşıyacaq. Federasiyada baş katib funksiyasını “Azəryol” voleybol klubunun sabiq icraçı direktoru Yusif Atakişiyev yerinə yetirəcək.

İsgəndər Əsgərov idman, Ernest Ağakişiyevlə Vaqif Əliyev beynəlxalq şöbəyə rəhbərlik edəcək. Federasiyada baş hakim Ələkbər Ağakişiyev olacaq. Məşqçilər Şurası isə Hikmət Abdullayevlə Olimpiya çempionu Lyudmila Şubinaya həvalə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı