FOTO - Yığmalarımızın yeni baş məşqçilərinin adı açıqlandı

27 Yanvar 2017 09:00 Həndbol 1 073
FOTO - Yığmalarımızın yeni baş məşqçilərinin adı açıqlandı

Azərbaycan Həndbol Federasiyası qadın və kişilərdən ibarət yığma komandaların yeni baş məşqçilərinin adını açıqlayıb. Sportinfo.az-ın məlumatına görə, millilərimizdən birini yerli, digərini legioner mütəxəssis çalışdıracaq.

Belə ki, kişilərdən ibarət komandamızda Hikmət Abdullayev öz işini davam etdirəcək. Ondan fərqli, federasiyada vitse-prezident vəzifəsini daşıyacaq Rəfiqə Şabanova qadınlardan ibarət yığmamızın “sükanı”nı təhvil verib.

Millimiz vaxtilə bu komandada və ABU-da işləmiş ukraynalı Georgi Voronova həvalə olunub. Hər iki məşqçinin qarşısına mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında layiqli iştirak tapşırığı qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...