Azərbaycanda bir klub adını dəyişdi, biri yayda dəyişir

26 Yanvar 2017 19:12 Həndbol 1 145
Azərbaycanda bir klub adını dəyişdi, biri yayda dəyişir

Qadın həndbolçulardan ibarət ABU-nun adı dəyişdirilib. Sportinfo.az-ın məlumatına görə, 2001-ci ildən fəaliyyət göstərən Bakı təmsilçisi bundan sonra “Azəryol” adı altında çıxış edəcək. Buna səbəb Azərbaycan Həndbol Federasiyasında prezident postuna yeni rəhbərliyin gəlməsidi. Belə ki, bu vəzifədə Heydər Babayevi “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov əvəzlədiyindən ad dəyişikliyi də zəruri olub.

“Çelenc Cup”da da mübarizə aparan Azərbaycanın ən titullu komandası beynəlxalq arenaya yeni adla növbəti mövsümdən çıxacaq. Onları 1/8 finalda Polşa “Kram Start Elblaq”ı ilə oyuna isə Rəfiqə Şabanova hazırlayacaq.

Avrokubokların daimi iştirakçısı olan komanda ABU adı altında son oyunlarını fevralda keçirəcək. Əgər onlar mərhələ adlayarsa, yenə də ad dəyişməz qalacaq. Qadın voleybolçulardan ibarət “Azəryol” klubu isə yeni mövsümdən yeni adla oynayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı