Qadın həndbolçulardan ibarət millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi "Bietiqheym" çempionlar liqasının 5-ci turu cərcivəsində evdə Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, üstün oynayan almanlar rəqibini 27:21 (12:10) hesabı ilə məyus edib. Bu qələbə ilə qapıçımızın komandası "D" qrupunda 2-ci sırada yerini möhkəmləndirib.
23 nömrəli idman geyimini geyinən Valentina Salamaha klubda 2-ci qapıçı sayılır.

