“Qarabağ”lı Alina: "Fasilədə dincəlib, qoyulan məqsədə çatdıq"

9 Noyabr 2017 12:24 Həndbol 1 074
“Qarabağ”lı Alina: "Fasilədə dincəlib, qoyulan məqsədə çatdıq"

Qadın həndbolçuların superliqasının 4-cü turunda “Qarabağ” debütant “İdman Akademiyası”na 31:21 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, qalib komandanın üzvü Alina Kuznetsova bunu deyib: “Oyun istədiyimiz kimi alınmadı. İlk hissədə çoxlu gülünc səhvlərə yol verdik, xeyli top itirdik, öz oyunumuzu tapa bilmədik.

Amma fasilədə dincəlib, ilk yarını təhlil edərək toparlandıq və qarşıya qoyulan məqsədə çatdıq. Artıq səhvlərimiz də az oldu, qurduğumuz bütün kombinasiyalar qolla nəticələndi. Rəqib barədə yalnız xoş söz demək olar: ləyaqətlidir, qızlar cavan və sonadək mübarizə aparandılar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı