Klublararası Avropa kuboklarının keçirilmə sistemində dəyişikliklər

25 Oktyabr 2017 00:40 Həndbol 932
Klublararası Avropa kuboklarının keçirilmə sistemində dəyişikliklər

Avropa Həndbol Konfederasiyası (EHF) 2020-ci ildən qitəmiqyaslı klub turnirlərinin keçirilmə sistemində dəyişiklik edəcək.

Sportinfo.az xəbər verir ki, kişilər arasında Çempionlar Liqasında mübarizə dairəvi sistem üzrə gedəcək.

Burda əvvəlcə 12, gələcəkdə 16 komanda olacaq. Turnirdə Avropanın top-liqalarının çempionları və daha 4 klub yarışacaq.

12 komandanın hər biri digər iştirakçılarla üz-üzə gəldikdən sonra 1/4 finala yüksələn 8 komanda müəyyənləşəcək. Onlar isə "Dördlər finalı"na yüksəlmək üçün öz aralarında oyunlar keçirəcəklər.

EHF Kuboku isə Avropa Həndbol Liqası ilə əvəzlənəcək. Bu turnirin qrup mərhələsində 24 komanda çıxış edəcək.

Qadınlar arasında Çempionlar Liqasında 16 komanda 2 qrupa bölünəcək. Ən yaxşı "8-lik" "pley-off"a yüksələcək.

Kişi və qadınlar arasında Çağırış Kuboku EHF Kuboku ilə əvəzlənəcək. Burada komandalar mübarizəni dayandıranadək oynayacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı