COP29

“Neftçi”nin sabiq prezidenti: “Etiraf edim ki…” - AÇIQLAMA

16 Oktyabr 08:40 Həndbol 2 343
“Neftçi”nin sabiq prezidenti: “Etiraf edim ki…” - AÇIQLAMA

"Çox çətin görüşlərimiz oldu, hər iki komanda – həm qadınlar, həm kişilər qrup mərhələsini yekunlaşdırdı".

Sportinfo.az xəbər verir ki, bunları "Azərreyl"in kişilərdən ibarət komandasının meneceri Orxan Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

“Pley-of mərhələsində də çətin oyunlarımız oldu. Macarıstan klubu ilə gərgin oyun keçirdik.

Şükür, qalib gəldik. Etiraf edim ki, mənim üçün çox çətin idi.

Fransadakı hava şəraiti burdakı kimi deyildi, yağmurlu hava hökm sürürdü. Düzdür, oyunlar hər bir halda qaydalara görə keçirilirdi”.

“Neftçi”PFK-nın sabiq prezidenti qeyd edib ki, rəqiblər güclü olub:

“Məsələn, İspaniya klubu güclü idi, finalda da onlarla oynadıq. Həm qadınlar, həm də kişilərdən ibarət komanda gərgin oyunlar keçirdi.

Lakin birinci yerə yiyələndik və qızıl medalları Azərbaycana gətirdik. Çox sevincli, qürurluyuq”.

"Azərreyl"in kişilərdən ibarət komandası oktyabrın 13-də Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.

Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb.

İki görüşün birində "Azərreyl" (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 11:00 Sizin də yeriniz var!