Avropa Kubokunda iştirak edəcək Azərbaycan klubunda 2 yeni legioner

5 Oktyabr 2024 02:10 Həndbol 1 048
Avropa Kubokunda iştirak edəcək Azərbaycan klubunda 2 yeni legioner

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişilərdən ibarət “Bakı” komandası heyətinə iki legioner oyunçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı Vladislav Napadaylo və belaruslu Artsiom Skribanın keçidini rəsmiləşdirib.

Həmin həndbolçularla 1 illik müqavilə imzalanıb.

“Bakı” Avropa Kubokunun ilkin mərhələsində Monteneqronun “Lofçen Çetinye” klubu ilə üz-üzə gələcək. Səfərdə baş tutacaq qarşılaşmalar oktyabrın 26-27-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!