Azərbaycan AÇ-nın seçmə mərhələsinə start verir – BU GÜN

11 Oktyabr 2023 10:20 Həndbol 1 127
Azərbaycan AÇ-nın seçmə mərhələsinə start verir – BU GÜN

Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, yığma ilk görüşünə səfərdə çıxacaq.

Komanda saat 20:00-da Skopyedə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...