Azərbaycan komandası Avropa Kubokundan uzaqlaşdırıldı

25 Sentyabr 02:10 Həndbol 407
Azərbaycan komandası Avropa Kubokundan uzaqlaşdırıldı

Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında İtaliyadan "Jomi Salerno" ilə üz-üzə gəlib.

Bu dəfə italyanlar nomimal meydan sahibi olublar.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma rəqibin qələbəsi ilə bitib - 36:19.

Bir gün öncə eyni arenada gerçəkləşən ilk görüşdə 19:29 hesabı ilə uduzan "Kür" mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"