"Bəzi səhvlərimiz var idi. Sabah onları təkrarlamamağa çalışacağıq".
Sportinfo.az xəbər verir ki, bunu həndbol üzrə qadınlardan ibarət "Kür"ün direktoru Fuad Yanqildin İtaliyanın "Jomi Salerno" komandasına 19:29 hesabı ilə uduzduqları Avropa Kubokunun 1/32 final mərhələsinin ilk matçından sonra deyib.
Funksioner görüşün çox gərgin keçdiyini bildirib:
"Cavab qarşılaşmasında daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Bu gün hücumlarda bəzi epizodlardan yararlana bilmədik.
Sabah xal fərqini də aradan qaldırmağa çalışacağıq. Bu realdır, hər şey baş verə bilər".
Tərəflər arasındakı cavab oyunu sentyabrın 24-də gerçəkləşəcək.