Azərbaycan çempionatında bu dəfə neçə komanda çıxış edəcək?

13 Sentyabr 2023 15:40 Həndbol 429
Azərbaycan çempionatında bu dəfə neçə komanda çıxış edəcək?

Həndbol üzrə XXX Azərbaycan çempionatının təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki , kişi və qadınlar arasında təşkil olunacaq yarışın püşkatma mərasimi keçirilib.

2023/2024 mövsümünə noyabrın 11-12-də keçiriləcək I turun oyunları ilə start veriləcək.

Qadınlarda 6 (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”), kişilərdə isə 7 (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) komanda mübarizə aparacaq.

I turun təqvimi:

Qadınlar
11 noyabr

13:00. “Azəryol” – “Gənclər Birliyi”
17:00. “Kür” – “Qarabağ”
12 noyabr
13:00. “Bakı” – “İdman Akademiyası”

Kişilər
11 noyabr

15:00. “Kür” – “Təhsil”
12 noyabr
11:00. “İdman Akademiyası” – “Dinamo”
15:00. “Azəryol” – “Qarabağ”

Xatırladaq ki, ölkə çempionatının oyunları “AHF Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!